Qızları atalarını diri-diri yandırdılar  - dəhşətli hekayənin TƏFƏRRÜATLARI
07 yanvar 2025 22:47 (UTC +04:00)

Qızları atalarını diri-diri yandırdılar - dəhşətli hekayənin TƏFƏRRÜATLARI

Pakistanın Pəncab əyalətində iki yeniyetmə bacı atasını cinsi istismarda ittiham edərək diri-diri yandırıblar. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, faciə Lahordan təxminən 80 kilometr aralıda, Qucranvalanın Moqol Şouk şəhərində baş verib.

Polisin məlumatına görə, 48 yaşlı Ali Akbar üç dəfə evlənib və 10 övladı var. Birinci arvadı dünyasını dəyişib, digər iki arvadı və uşaqları kirayədə yaşayır. Akbar yatarkən 12 və 15 yaşlı qızları ona benzin tökərək yandırıblar. Ağır yanıq xəsarətləri alan şəxs daha sonra xəstəxanada dünyasını dəyişib.

Hər iki qız saxlanılıb. Dindirilmə zamanı onlar atalarının onları cinsi istismara məruz qoyduğunu bildiriblər. “Atamızı öldürmək qərarına gəldik, çünki o, bizi zorlayıb. Motosikletindən benzin götürüb üstünə töküb yandırdıq”, - onlar deyiblər. 

Polis mərhumun iki arvadının da ifadələrini alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2815

Oxşar yazılar

Bakıda mağazada FACİƏ:  cərəyan vurub öldürdü

Bakıda mağazada FACİƏ: cərəyan vurub öldürdü

12 iyun 2025 , 12:56
Ayağı kəsilib, gözləri yoxdur - Qubada meyiti tapılan gənclə bağlı ŞOK DETALLAR  - YENİLƏNİB

Ayağı kəsilib, gözləri yoxdur - Qubada meyiti tapılan gənclə bağlı ŞOK DETALLAR - YENİLƏNİB

12 iyun 2025 , 11:32
İranla sərhəddə ƏMƏLİYYAT

İranla sərhəddə ƏMƏLİYYAT

12 iyun 2025 , 11:05
Bakıda uşaq bağçasında ÖLÜM

Bakıda uşaq bağçasında ÖLÜM

12 iyun 2025 , 10:56
Tiktokda ucuz telefon  satan dələduz tutuldu

Tiktokda ucuz telefon satan dələduz tutuldu

12 iyun 2025 , 10:50
Goranboyda FACİƏ:  körpə qıcolmadan  öldü

Goranboyda FACİƏ: körpə qıcolmadan öldü

12 iyun 2025 , 10:28
Goranboyda kişi zəhərlənib öldü

Goranboyda kişi zəhərlənib öldü

12 iyun 2025 , 09:50
Sabirabadda kişi yaşadığı mağazada ölü tapıldı

Sabirabadda kişi yaşadığı mağazada ölü tapıldı

12 iyun 2025 , 09:23