Qızını satışa çıxaran DƏLƏDUZ ATA:  toy günü qaçırırmış
03 noyabr 2023 17:04 (UTC +04:00)

Qızını satışa çıxaran DƏLƏDUZ ATA: toy günü qaçırırmış

Türkiyədə qalmaqallı toy eşidənləri şoka salıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Balıkesir şəhərində baş verib. Ailələrin razılığı ilə 17 yaşlı D.K. və onun həmyaşıdı O.K.-nın 3 gün 3 gecə toy mərasimi keçirilib. Bəy tərəf toy üçün qız tərəfə 250 min lirə (təxminən 14 min 975 manat) başlıq pulu veriblər, eləcə də gəlinin üzərinə 1 milyon lirəlik (təxminən 59 min 900 manat) qızıl taxıblar. Ancaq 3-cü toy günündə tərəflər bir-birini məhkəməyə veriblər.

Buna səbəb isə toyun 2-ci günündə gəlin tərəfin guya yas adı ilə geri qayıtmaları olub. Belə olduqda oğlan tərəf gəlinin üzərinə taxdıqları qızılların yarısını evdə qoyub getmələrini tələb edib. Gəlin öz ailəsi ilə yas adı ilə qohumlarıgilə gedib. Səhərisi, yəni toyun 3-cü günü o, geri qayıdaraq, əvvəllər də onu aldadıb başqaları ilə evləndirdikləri üçün öz ata-anasından şikayətçi olacağını bildirib. Ancaq oğlan tərəfin ailəsi ilə getdiyi məhkəmədə fikrini dəyişib. Burada o, oğlan tərəfin adamları tərəfin şiddətə məruz qaldığını və zor gücü ilə evləndirildiyini deyib. Qarşılıq olaraq, oğlan evi də qızıllar və başlıq pulunu irəli sürərək “talama” maddəsilə şikayətçi olublar.

Araşdırma zamanı məlum olub ki, gəlinin atası Y.D. hələ 4 il əvvəl 13 yaşı olan qızı D.K.-nın fotosunu sosial şəbəkədə elana qoyaraq, 250 min lirəyə satmaq istədiyini bildirib. Ancaq iddianı rədd edən ata bu elanla zarafat etdiyini deyib. 

Y.D.-nın qızını bundan əvvəl də dini nikahla müxtəlif şəxslərlə evləndirmək niyyətilə kürəkənlərinə qarşı dələduzluq etdiyi üzə çıxıb. Belə ki, ata toy günü qızını müxtəlif bəhanələrlə qaçırmağa müvəffəq olurmuş. D.K. Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən sığınacağa yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9846
avatar

Oxşar yazılar