Türkiyədə orta yaşlı kişi gecə klubunda solist kimi çalışan qadını öldürüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
46 yaşlı İzzet Akdeniz 41 yaşlı Nurcan İnanın yolunu kəsərək mübahisə etməyə başlayıb. Mübahisəyə Nurcan İnanın qızı da qoşulub. Daha sonra isə İzzet Akdeniz Nuran İnanın başından güllələyib.
İzzet İnan hadisə yerindən qaçıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tezliklə saxlanılıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.