Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmalara başlanıb.
Lent.az xəbər verir ki, hazırda idarə əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır.
Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ictimaiyyətə daha sonra bununla bağlı ətraflı məlumat veriləcək.