Moskvada qısqanc miqrant sevgilisinə işgəncə verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə çərşənbə günü səhər saatlarında Marşal Nedelin küçəsində baş verib. Həmyerlisini qısqanan 34 yaşlı kişi onu döyüb və başındakı tükləri qırxıb. Daha sonra o, bıçağı qadının boğazına tutaraq onu və sevgililərini öldürməklə hədələyib.
Hadisəni törədən kişi çox keçmədən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.