Qəzələ görə qan töküldü – TƏFƏRRÜAT 
04 iyun 2023 02:00 (UTC +04:00)

Qəzələ görə qan töküldü – TƏFƏRRÜAT 

0

Masazır qəsəbəsində kütləvi dava düşüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib.

Mübahisə kafedə Əliağa Vahidin qəzəlinə görə yaranıb. Qəzəli səhv deyən şəxslə 2 nəfər arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı 1986-ci il təvəllüdlü İbrahimli Xəqani Nizami oğlu və onun dostu 1981-ci il təvəllü Məhərrəmov Şahin Vahid oğlu bıçaqlanıb. Onları Xəyal adlı şəxsin bıçaqladığı iddia olunur. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, X.İbrahimlinin vəziyyəti daha ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3784

Oxşar yazılar