İsmayıllıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə bugün axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 43 yaşlı Mərdan Əhmədovu vurub.
Nəticədə M. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.