Qəza törədib qaçan sürücü TUTULDU
11 dekabr 2021 13:34 (UTC +04:00)

Qəza törədib qaçan sürücü TUTULDU

Bakıda piyadanı vuraraq öldürüb hadisə yerində qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 10-da saat 3 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Rais Kəmaləddinov vurulub və o, hadisə yerində ölüb.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini M. Quliyev saxlanılıb.
Sabunçu RPİ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Aytəkin Cəlali

Oxşar yazılar