Qəza kilometrlərlə tıxaca səbəb oldu
22 iyun 2025 00:35 (UTC +04:00)

Qəza kilometrlərlə tıxaca səbəb oldu

Bakı-Qazax yolunda baş vermiş qəza yolda böyük tıxaca səbəb olub.

Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınan metal boru yüklü “VOLVO” markalı TIR-ın aşması nəticəsində magistralda kilometrlərlə tıxac yaranıb.

19.00 radələrində baş verən qəza zamanı 3 saata qədər tıxac müşahidə edilib. Qəzanın fəsadları 22.30 radələrində aradan qaldırılıb.

Qeyd edək ki, qəza zamanı yük avtomobilinin sürücüsü Türkmənistan vətəndaşı 1990-cı il təvəllüdlü Nurgəldiyev Nuryağdı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2792

Oxşar yazılar