Daxili İşlər Nazirliyi nətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, dünən gecə saat 23 radələrində "Wolksvagen" markalı avtomobilin sürücüsü, 64 yaşlı Bakı şəhər sakini Rövşən Mustafayev Qəbələ şəhəri ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olan onun qızı və bir azyaşlı nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.