Mayın 14-də itkin düşən Qəbələ sakini tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı Hümbətov Elmin Firidun oğlu polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a məlumatı təsdiq ediblər.
Qeyd edək ki, Qəbələ rayonunun Daşca kənd sakini Hümbətov Elmin Firidun oğlu mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.