Qazaxda gənc oğlan, İmişlidə 45 yaşlı kişi özünü asdı
31 may 2024 09:20 (UTC +04:00)

Qazaxda gənc oğlan, İmişlidə 45 yaşlı kişi özünü asdı

Qazax və İmişlidə intihar hadisələri olub.

Lent.az-ın məlumatına görə, hadisələrdən biri Qazaxın Orta Salahlı kəndində baş verib. Kənd sakini 27 yaşlı Omarov Əhliman İsmayıl oğlu gecə saatlarında yaşadıqları evin həyətindəki çardaqdan özünü asıb.

Digər hadisə İmişlinin Qızılhacılı kəndində qeydə alınıb. 49 yaşlı Gülmalıyev Akif Qocakişi oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2481
avatar

Mehman Nəbiyev

Oxşar yazılar