Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Kosalar kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 38 yaşlı Xəlilova Günel Məhərrəm qızını vurub.
Qadın xəstəxanaya aparılarkən yolda ölüb.