Azərbaycanda məhkum ölüb.
Lent.az xəbər verir ki, hadisə Şəki şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Burada cəza çəkən 65 yaşlı Vidadi Balıyev dünyasını dəyişib. Məlumata görə, məhkum kəskin ağciyər və ürək çatışmazlığından əziyyət çəkirmiş. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Vidadi Balıyyev 2017-ci ildə qaynını ov tüfəngi ilə öldürdüyü üçün həbs olunub. Hadisə Şəkinin Fazıl kəndində qeydə alınıb. 57 yaşlı Balıyev Vidadi Sübhan oğlu qaynı 58 yaşlı Səfərov Tofiq Məhyəddin oğlunu gülələyərək öldürüb.