Türkiyənin Adana şəhərində, sözün əsl mənasında qan donduran hadisə yaşanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Sarıcam rayonunda keçmiş qayınanasını və baldızını tapança ilə öldürən, keçmiş qayınatasını yaralayan şəxs intihar edib.
Məlumata görə, Uğur D. təxminən 3 ay əvvəl Akkuyu rayonunda yaşayan boşandığı həyat yoldaşı Rahime D.nin anası Şerife Yıldızın evinə gedib. Uğur D. evin həyətində çörək hazırlayan keçmiş qayınanası Şərifəyə, baldızı Sümeyye Yıldıza və gəlini Cənnət Yıldıza tapança ilə atəş açıb. Hücum zamanı Rahime D. ərazidən uzaqlaşaraq qaçıb.
Daha sonra Uğur D. eyni silahla intihar edib. Hadisə ilə bağlı məlumat alan polis və 112 Təcili Tibbi Yardım qrupları ünvana yönəldilib. Sağlamlıq qrupları Şerife Yıldız və qızı Sümeyye Yıldızın həyatını itirdiyini təyin edib. Yaralı Cennet Yıldız təcili yardımla xəstəxanaya aparılıb.
Cəsədlər araşdırmalardan sonra Adana Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
Bu arada İncirlik Ailə Sağlamlığı Mərkəzində çalışan həkim Sümeyye Yıldızın təxminən bir ay əvvəl evləndiyi öyrənilib.