Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin kürəkəni T.Kərimov saxlanılıb və o, törətdiyi əməli etiraf edib.