Qaxda sahədə tütün yığan Zaqatala rayon sakinini ilan sancıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala rayonunun Gözbarax kənd sakini, 59 yaşlı Fəridə Butday qızı Əhmədova Qax rayonu ərazisində, tütün sahəsində işləyən zaman ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb.
F.Əhmədovaya Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməsi üçün Bakıda yerləşən Toksikologiya Mərkəzinə göndərilib.