Bakıda daha bir məhkum həbsxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Oada cəza çəkən “Dəmir kişi” ləqəbli Həsənov Rafiq Məhəmmədəli oğlu dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, məşhur “Rezonans” verilişində və bloqer Nail Kəmərlinin reportajlarında R. Həsənovdan müsahibə alınıb.
O, “Rezonans” verilişindəki çıxışında törətdiyi hadisə barədə danışıb. R. Həsənov bildirib ki, gecə saatlarında qızının evinə oğrular girib. O da özünün “QAZEL” markalı avtomobili ilə qızının evinə gedib. Bu zaman döngədə qəfil sərxoş piyadanı vurub. R. Həsənov verilişdə bildirib ki, işıq zəif olduğu üçün adam vurduğunu düşünməyib. Zənn edib ki, qarğa şüşəyə çırpılıb. Bir neçə gün sonra polis zəng edərək adam öldürdüyünü Rafiqə deyib. Ona məhkəmənin qərarı ilə 9 il həbs cəzası verilib.