Bakıda özünü binadan atan qadının kimliyi məlum olub.
Lent.az-ın məlumatına görə, həmin şəxsin 65 yaşlı Əsədova Tamilə Məhərrəm qızı olduğu üzə çıxıb.
Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 11:52
Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 65 yaşlı qadın qonaq gəldiyi qardaşının 4-cü mərtəbəsindəki evindən özünü atıb.
Nəticədə o, yerindəcə keçinib.
Məlumaat görə, qadının nevroloji problemləri olub.
Hazırda araşdırma aparılır.