Qarabağa keçmək üçün "Volqa"nı polislərin üstünə sürdü
04 may 2021 11:00 (UTC +04:00)

Qarabağa keçmək üçün "Volqa"nı polislərin üstünə sürdü

İşğaldan azad olunanyerə keçmək istəyən şəxs polisə zor tətbiq edib.

Tərtər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 30-da saat 12 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində Tərtər rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayıb. İdarə etdiyi “Volqa QAZ-31029” markalı avtomobili sonuncunun üzərinə sürüb vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297

Oxşar yazılar

Lənkəranda gənc oğlan göldə boğuldu

Lənkəranda gənc oğlan göldə boğuldu

19 avqust 2025 , 12:34
Azərbaycanlıları qeydiyyata alan şəxsə cinayət işi açıldı

Azərbaycanlıları qeydiyyata alan şəxsə cinayət işi açıldı

19 avqust 2025 , 12:30
Bakıda yataqxanada YANĞIN:  xəsarət alan var

Bakıda yataqxanada YANĞIN: xəsarət alan var

19 avqust 2025 , 11:50
Bakıda ət doğrayan qəssab bıçağı qarnına soxdu

Bakıda ət doğrayan qəssab bıçağı qarnına soxdu

19 avqust 2025 , 11:04
Bakıda evdən meyit  tapıldı

Bakıda evdən meyit tapıldı

19 avqust 2025 , 09:51
Xaçmaz-Quba yolunda AĞIR QƏZA:  ölən var

Xaçmaz-Quba yolunda AĞIR QƏZA: ölən var

19 avqust 2025 , 09:23
Gəncədəki AĞIR QƏZANIN   təfərrüatları

Gəncədəki AĞIR QƏZANIN təfərrüatları

19 avqust 2025 , 08:05
Zəngilanda DƏHŞƏT:  maşınla qəsdən vurub öldürdü

Zəngilanda DƏHŞƏT: maşınla qəsdən vurub öldürdü

19 avqust 2025 , 07:58