Bərdədə qanunsuz üsulla balıq ovlayan şəxslərin oğurluq etdikləri də müəyyən edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Qarabağ su kanalının Qaraağacı kəndindən keçən hissəsindən elektrik cərəyanından istifadə edərək baqlıqların kütləvi məhvinə səbəb olan şəxslər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayon sakinləri Sadiq Süleymanov və əvəllər məhkum edilmiş Vüsal Məmmədov olduğu müəyyən edilib. Onların ətrafında aparılan tədbirlərlə Qaraağacı kənd sakininə məxsus iribuynuzlu heyvan oğurladıqları da aşkar olunub.
Faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində istintaq aparılır.