Neftçalada brakonyerliklə məşğul olan şəxs barəsində cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Yuxarı Qarabağ kanalının Neftçala rayonunun Haqverdilər kəndi ərazisindən keçən hissəsində reyd aparılıb. Bu zaman qeyd edilən qanunsuz əməllə məşğul olan Biləsuvar rayon sakini İsa İmanov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları və ümumilikdə 65 ədəd müxtəlif növ balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İ.İmanov barəsində Cinayət Məcəlləsinin 256.1-ci (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.