Qobustanda sənədsiz tikilən obyekt
19 may 2021 16:19 (UTC +04:00)

Qobustanda sənədsiz tikilən obyekt

Qanunsuz tikilinin qarşısı alındı - VİDEO

Qobustanda qanunsuz tikintinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Qobustan şəhəri, Bakı-Şamaxı yolunun 91-ci km-də yerləşən “Koneç” adlanan ərazidə vətəndaşa məxsus torpaq sahəsində qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Qobustan Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Cəlilabad şəhəri, Qurtuluş küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Məsələ ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Qobustanda qanunsuz tikintinini qarşısı alınıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Mehman Nəbiyev

Oxşar yazılar