Kürdəmir sakinləri Ağsuda qanunsuz ov ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
Araşdırma zamanı onların Kürdəmir rayon sakinləri-Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Faktla bağlı təhqiqat qrupunda araşdırma aparılır.