Qanunsuz dövriyyədə olan 36 kilo narkotik  tapıldı
15 iyul 2024 10:53 (UTC +04:00)

Qanunsuz dövriyyədə olan 36 kilo narkotik tapıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 13-də və 14-də ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 1,8 kiloqramdan çox metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu olub.
 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

Fidan İlqar

Oxşar yazılar