Qadının bank hesabını qarət edən Naxçıvan sakini tutuldu
23 dekabr 2022 13:08 (UTC +04:00)

Qadının bank hesabını qarət edən Naxçıvan sakini tutuldu

0

Bakıda qadının bank hesabından pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1505

Oxşar yazılar