Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Züleyxa Məmmədovanı vurub.
Qəza nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.