Qadın yarışmada o qədər blinçik xəmiri yedi ki, boğulub öldü
01 mart 2025 15:38 (UTC +04:00)

Qadın yarışmada o qədər blinçik xəmiri yedi ki, boğulub öldü

Rusiyanın Krasnoyarsk diyarında qadın yemək yarışmasında ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kuraqinski rayonunun Berezovskoye kəndində baş verib. 36 yaşlı Natalya Alatova “Maslenitsa” müsabiqəsində blinçik xəmiri yemək yarışmasında boğularaq ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın qalib gəlmək üçün çoxlu blinçik xəmirini ağzına doldurub və güclə çeynəyib. Ehtimal olunur ki, o, müsabiqəyə qatılmazdan əvvəl spirtli içki də qəbul edib.

Müsabiqədə xidmətə göndərilən növbətçi həkimlər qadının tənəffüs yollarını təmizləməyə çalışsalar da, mənası olmayıb. Məlumata görə, qadın yemək borusunu ortaya qədər ənənəvi “Maslenitsa” xəmirləri ilə doldurub.

Hazırda polis araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar