Qadın sürücü piyadanı vurub ÖLDÜRDÜ
09 sentyabr 2021 13:57 (UTC +04:00)

Qadın sürücü piyadanı vurub ÖLDÜRDÜ

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə sentyabrın 9-da saat 1 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb. T.Cəfərova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Rəşad Abdurəhmanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Mehman Nəbiyev

Oxşar yazılar