Bakının Nizami rayonunda gənc qadın bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Keşlə qəsəbəsində baş verib. Marketin qarşısında Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Pərvanə Canbaxış qızı tanıdığı oğlanın hücumuna məruz qalıb. Onun üzünə və boğazına ümumilikdə üç bıçaq zərbəsi vurulub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.