Fevralın 8-dən 12-dək olan müddətdə Mingəçevir şəhərindəki evlərin birindən 20.min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibinin qohumu, Qazax rayon sakini N.Binnətova saxlanılıb.
Araşdırma aparılır.