Qadın polis azərbaycanlının içkisindən  zəhərlənib öldü
14 iyun 2023 17:28 (UTC +04:00)

Qadın polis azərbaycanlının içkisindən zəhərlənib öldü

0

Nijni Novqorod vilayətinin Boqorodsk şəhərində polis əməkdaşı xəstəxanada ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadın “Mister Sidr” içdikdən sonra xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 32 yaşlı Kseniya Loginova iki həftə komada olub, ona süni ventilyasiya edilib. Həkimlərin səyinə baxmayaraq, polis əməkdaşı 2023-cü il iyunun 13-dən 14-nə keçən gecə dünyasını dəyişib. Qadının iki əkiz övladı qalıb.

Qeyd edək ki, Rusiyanın müxtəlif bölgələrində “Mister Sidr” spirtli içkisindən çoxlu sayda insan zəhərlənərək ölüb. Faktla əlaqədar şirkətin təsisçisi Anar Hüseynov və başqa bir neçə nəfər həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3700

Oxşar yazılar