Tovuzda qadın özünə bıçaqla xəsarət yetirib, vəziyyəti ağırdır.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Mamed Zeynalov küçəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Elnarə Balayeva qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə qadın özü özünə bıçaqla xəsarət yetirib. Onun özünə xəsarət yetirməsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.