Hindistanın Pune şəhərində qadın ad günündə onu Dubaya aparmayan ərini vurub.
Lent.az xarici mediaya istinadla bildirir ki, imtina etməsindən qəzəblənən 38 yaşlı qadın ərinin burnuna vuraraq, onun çox qan axmasına səbəb olub.
Kişinin burnunun və bir neçə dişinin sındığı qeyd edilir. Zərbədən sonra o, huşunu itirərək dünyasını dəyişib. Hindistanlı qadına qarşı cinayət işi açılıb və o, hazırda həbsdədir.