Xaçmazda 57 yaşlı qadın dəm qazından ölüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb.
Kənd sakini Həmidova Nəsibə Vəzirxan qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.