Qadın Dubay şokoladına  görə cərimələndi
06 fevral 2025 19:57 (UTC +04:00)

Qadın Dubay şokoladına görə cərimələndi

Rusiyada qadın Dubaydan evə külli miqdarda şokolad gətirib və cərimə ilə üzləşib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Mineralnıye Vodı gömrükçüləri hava limanının yaşıl dəhlizində 48 yaşlı qadını saxlayıblar. Onun baqajından 164 min rubl dəyərində 12 kiloqramdan çox şirniyyat aşkar edilib. Sərnişin deyib ki, Dubay şokoladını özü, qızı, qohumları və qonşuları üçün gətirib.

Rusiyalı qadına qarşı “malların bəyan edilməməsi” maddəsi ilə inzibati xəta haqqında iş açılıb. Həmin protokol malın dəyərinin yarısından iki mislinə qədər miqdarda cərimə şəklində cəza nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204

Oxşar yazılar