Prokurorluq əsgərin minaya düşməsi barədə məlumat yaydı
02 yanvar 2022 23:30 (UTC +04:00)

Prokurorluq əsgərin minaya düşməsi barədə məlumat yaydı

0

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub. 
Azərbaycan Respublikasının Baş Prokurorluğundan Lent.az-a verilən məlumata görə, müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 47364

Oxşar yazılar