Prokuror hakimin jurnalistlə bağlı qərarına ETİRAZ ETDİ
29 dekabr 2023 10:50 (UTC +04:00)

Prokuror hakimin jurnalistlə bağlı qərarına ETİRAZ ETDİ

Məhkəmə barəsində cinayət işi başlanan sayt təsisçisi ilə bağlı qərar verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, “Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşa şəxsi həyatı ilə bağlı videogörüntülərinin media və sosial şəbəkə səhifələrindən silinməsi barədə yalan vəd verərək onun 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış və iş baxılması üçün məhkəməyə göndərilib.

Sabunçu rayon məhkəməsinin 8 dekabr 2023-cü il tarixli hökmü ilə Səməndər Niftəliyevə bəraət verilib, Həmzə Hüseynli isə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə eyni tarixli qərarla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Dövlət ittihamçısı tərəfindən dekabrın 28-də qeyd edilən bəraət hökmündən və qərardan apellyasiya protesti verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3696
avatar

Oxşar yazılar