“Prius” tuneldə yük maşınına çırpıldı, sürücü ağır xəsarət aldı
28 fevral 2024 03:02 (UTC +04:00)

“Prius” tuneldə yük maşınına çırpıldı, sürücü ağır xəsarət aldı

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prius” eyni istiqamətdə gedən ağır tonnajlı yük maşınına çırpılıb.

Zərbə o qədər güclü olub ki, minik avtomobili deformasiyaya uğrayıb.

Sürücü ağır xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.

Baş verən qəza zamanı prospektin şəhər istiqamətində tıxac yaranıb.

Əraziyə hadisə üzrə inspektor dəvət edilib, yük maşını prospektdən kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041
avatar

Oxşar yazılar