Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gecə saat 1 radələrində Nizami rayonu Q.Qarayev prospektində “Dakar” dairəsi yaxınlığında baş verib.
40 yaşlı Cəfərov Pərvin Rafiq oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə "Picnic" restoranının qarşısında yolu piyada zolağı ilə soldan sağa keçən 47 yaşlı Biləsuvar rayon sakini Şükürov Rəfail Mirzəli oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.