Moskvada porno filmin çəkilişində iştirak edən qız ona pul verməkdən imtina etdikdə polisi studiyaya çağırıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 25 yaşlı Başqırdıstan vətəndaşı polisə müraciət etdikdən sonra əməliyyatçılar Xodinski bulvarındakı mənzilə gəliblər. Qız porno filmin çəkilişində iştirak etdiyini və işin öz hissəsini gördüyünü, lakin heç vaxt pul almadığını bildirib.
Hadisə yerindən kameralar, işıqlar və divan tapılıb. Həmçinin ev studiyasında şikayətçi özü və iki kişi olub. Çəkiliş qrupunun bütün üzvləri polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.