Polis zabiti  avtomobil qəzasında vəfat etdi-FOTO
09 oktyabr 2024 22:35 (UTC +04:00)

Polis zabiti avtomobil qəzasında vəfat etdi-FOTO

Oktyabrın 9-da saat 21:30-də Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494
avatar

Oxşar yazılar