Moskva yaxınlığındakı Ramenskoyedə gəlin metroda Daxili İşlər İdarəsinin inspektorunun meyitini aşkarlayıb.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, kişi sevgilisinə zəng edərək evə toy üzükləri üçün gələcəyini söyləyib və sonra zənglərinə cavab verməyib.
Ertəsi gün asayiş keşikçisinin toyu olacaqdı. Qız onun yanına gedib və mənzildə ölmüş vəziyyətdə tapıb.
İlkin versiyaya görə, polis intihar edib. Hadisənin baş vermə şəraiti və onu intihara sövq edən səbəblərin müəyyən edilməsi üçün araşdırma başlanılıb.