Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-averilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cəmil Sərdarov saxlanılıb.
Keçirilən şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bundan başqa, keçirilən baxış zamanı C. Sərdarovun yaşadığı evin qarşısından kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə bitkisi və evin zirzəmisindən sellofan torbada 3 kiloqram 150 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.