Polis polkovnik-leytenantı saxlanıldı
11 iyun 2024 18:35 (UTC +04:00)

Polis polkovnik-leytenantı saxlanıldı

Qaraçay-Çərkəz rəhbərinin müşaviri Eldar Bayçorov, Daxili İşlər Nazirliyinin respublika üzrə iqtisadi təhlükəsizlik idarəsinin rəisi, polkovnik-leytenant Temirlan Baykulov və Kənd Təsərrüfatı Nazirliyinin bir neçə əməkdaşı saxlanılıb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, onlar 60 milyon rubl dəyərində dövlət subsidiyalarını oğurlamaqda şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, fırıldaqçılıq sxeminin təşkilatçısı Rusiyanın Şimali Qafqaz Federal Dairəsi üzrə Baş Daxili İşlər İdarəsinin ORX-nin birinci rəhbəri Xüsey Uzdenovdur. Əvvəllər onun qohumlarına subsidiyalar verilib. Fırıldaqçılıq iki il ərzində baş verib.

Onun sarayında axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları üç milyon rubl nağd pul, səkkiz cüt dəbdəbəli saat, bir neçə telefon və zinət əşyaları aşkar ediblər. “Xüsusilə külli miqdarda mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq” maddəsi ilə cinayət işi açılıb.

Xüsey Uzdenov

Xüsey Uzdenovun evi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33303
avatar

Oxşar yazılar