Yekaterinburqda polis polkovnik-leytenantı yol polisi əməkdaşını dişləyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadın polis taksi ilə evə qayıdarkən yol polisi əməkdaşı maşını saxlayıb. Qadın əvvəlcə taksi sürücüsünün başına zərbə endirib, daha sonra asayiş keşikçisi müdaxilə etmək istəyəndə dişləri ilə onun barmağından tutub.
Qeyd edildiyi kimi, heç kim ciddi xəsarət almayıb. Daxili yoxlama aparılır.