Polis kapitanı "Prius"la qəza törətdi,  ölənlər var
13 oktyabr 2023 14:49 (UTC +04:00)

Polis kapitanı "Prius"la qəza törətdi, ölənlər var

Amur vilayətinin Blaqoveşensk şəhərində ölümlə nəticələnən yol qəzası olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 31 yaşlı polis kapitanının idarə etdiyi “Prius” markalı avtomobil Mazanovski meşə təsərrüfatının 41 yaşlı rəisi Vladimir Znatnovun idarə etdiyi “Nissan Murano” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Vladimir Znatnov yerindəcə keçinib, həyat yoldaşı hakim Natalya Znatnova isə təcili yardımı gələnədək ölüb. Onların iki yaşlı oğlu reanimasiyaya aparılıb və komadadır.

Polis kapitanı kəllə-beyin travması, beyin silkələnməsi, üzündə sıyrıqlar və göyərmə tipli xəsarətlər alıb. Onun barəsində cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5241
avatar

Oxşar yazılar