Rusiyada Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinin rəisi külli miqdarda rüşvət almaqda təqsirli bilinir.
Lent.az yerli mediaya istinadla bildirir ki, Surqut şəhər Məhkəməsi şəhər miqrasiya idarəsinin rəisi Lyudmila Kərəmovanı dekabrın 2-dək ev dustaqlığına məhkum edib.
Kərəmovanın adı külli miqdarda rüşvət alma işində hallanır. Hələlik iş üzrə təfərrüatlar açıqlanmır.