Başqırdıstan Respublikasının Oktyabrski şəhər polis idarəsinin rəisi və onun müavininə qarşı cinayət işi açılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, polislər rüşvət almaqda və dələduzluqda şübhəli bilinir. Onların yaşadıqları və iş yerlərində axtarışlar aparılır.
Yerli Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili təhlükəsizlik bölməsinin əməliyyatçıları şübhəli şəxslərə qarşı yoxlama aparır. Onların nöqsanı təsdiq olunarsa, cəzalandırılacaqlar.