Polis idarəsinin rəisi  saxlanıldı - evində axtarış aparıldı
31 may 2024 16:30 (UTC +04:00)

Polis idarəsinin rəisi saxlanıldı - evində axtarış aparıldı

Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə keçmiş yüksək vəzifəli əməkdaşı mayın 31-də saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İstintaq Komitəsinin regional İstintaq İdarəsindən verilən məlumata görə, söhbət Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə polis rəisi Roman Korsakovdan gedir.

İdarədən verilən məlumata görə, o, qanunsuz miqrasiyanın təşkilində iştirakda şübhəli bilinir. Onun barəsində “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Qanunsuz miqrasiyanın təşkili” maddələri ilə iki cinayət işi başlanıb.

Müstəntiqlərin Korsakovun yaşadığı və işlədiyi yerdə axtarış apardığı deyilir.

2023-cü ildə Roman Korsakov polis general-mayoru Sergey Qalkinin gedişindən sonra bir müddət Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə rəisi vəzifəsini icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 92064
avatar

Oxşar yazılar